Türkiyəli nazir: “Mümkün zəlzələ zamanı İstanbul üçün xüsusi təxliyə planı hazırlamışıq”

Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu zəlzələ zamanı İstanbul üçün xüsusi təxliyə planı hazırladıqlarını bildirib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, nazir xüsusilə Kınalı-Malkara yolunda evakuasiya və təcili yardım məsələsinə diqqət çəkib:
"Xüsusilə magistral yollarda zəlzələyə qarşı möhkəmləndirilmə işləri görürük. Hazırda İstanbulda iş gedir. Kınalı-Malkara dediyimiz Çanaqqala istiqamətindən həm evakuasiya, həm də təcili yardım göstərəcəyik.
Eyni şəkildə Osman Qazi Körpüsü və Şimali Mərmərə şossesindən bu işləri təmin edəcəyik.
AFAD evakuasiya planlamasını birinci dərəcədə həyata keçirir".
Oxşar xəbərlər
Məşhur seysmoloqdan qorxunc sözlər - Bu şəhərdə 100 min binada insanlar ölümü gözləyir
Türkiyəli seysmoloq, professor Naci Görür yeni açıqlama verib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, İstanbulda 100 min binada insanların ölüm gözl...
