9-cü bölüyün əfsanəvi komandiri, Sovet İttifaqı Qəhrəmanı öldü - FOTO

9-cü bölüyün əfsanəvi komandiri, Sovet İttifaqı Qəhrəmanı öldü - FOTO
Foto
Siyasət 1

Əfqanıstanda 345-ci qvardiya alayının 9-cu desant bölüyünə rəhbərlik etmiş, keçmiş Sovet İttifaqı Qəhrəmanı general-polkovnik Valeri Vostrotin 71 yaşında vəfat edib.

Bu barədə TASS məlumat yayıb.

Buna səbəb kimi onun uzun müddətdir mübarizə apardığı ağır xəstəlik göstərilir.

Vostrotin 20 noyabr 1952-ci ildə Çelyabinsk vilayətinin Kasli şəhərində anadan olub. 1975-1982-ci illərdə 345-ci Əlahiddə Mühafizə Paraşüt Alayının bölmələrində rəhbər vəzifələrdə çalışıb. O, həmçinin 9-cu Hava-desant bölüyünə komandirlik edib. Onun rəhbərlik etdiyi bölüklə bağlı 3234-cü hündürlük uğrunda Fyodor Bondarçuk tərəfindən “Doqquzuncu bölük” adlı film çəkilib.

O, bir dəfə ağır olmaqla iki dəfə yaralanıb.

Qeyd edək ki, o, 1989-cu ildə Əfqanıstanda döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Son xəbərlər