Azərbaycan Avstraliyaya humanitar yardım göndərdi

Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bununla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru cənab Seymur Fətəliyev maliyyə töhfəsinə dair sertifikatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruzəli Aslanova təqdim edib. Sözügedən vəsait Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Avstraliya Qırmızı Xaç Cəmiyyətinə ianə edilib.
Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri tərəfindən Avstraliyanın əsasən cənub-şərq sahillərində baş vermiş yanğınların nəticəsində 25 nəfərin həyatını itirdiyi, 2000-ə yaxın evin və 8 milyon hektardan artıq ərazinin yandığı, yüz milyonlarla heyvanın tələf olduğu bildirilir.
Qalereya
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...
