İlham Əliyev Omanın yeni Sultanını təbrik etdi

15
yan
2020
16:03
Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidi təbrik edib.
BAKU.WS xəbər verir ki, təbrikdə aşağıdakılar deyilir:
“Əlahəzrət, Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm”.
Oxşar xəbərlər
İlham Əliyev Xorvatiyanın yeni seçilmiş prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib. BAKU.WS xəbər v...