SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, başsağlığı məktubunda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

BAKU.WS