Qazaxıstanda qəzaya düşən təyyarədə azərbaycanlılar olmayıb - Azərbaycan XİN
“Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb”.
BAKU.WS xəbər verir ki, bunu "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Hadisə zamanı daha 35 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Leyla Abdullayeva ermənistanlı həmkarının cavabını verdi
Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat katibinə cavab verib. BAKU.WS-in məlumatına görə, L.Abdullayeva b...