Leyla Abdullayeva ermənistanlı həmkarının cavabını verdi

Leyla Abdullayeva ermənistanlı həmkarının cavabını verdi
Siyasət 397

Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat katibinə cavab verib.

BAKU.WS-in məlumatına görə, L.Abdullayeva bildirib ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir.

"Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan xarici işlər naziri ölkədaxili neqativ reaksiyadan çox qorxur, çünki ondan nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir".

Oxşar xəbərlər

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.BAKU.WS-in məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmə...

769 Siyasət 20:50 14 may 2018

Son xəbərlər