VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küçə inqilabı ilə hakimiyyətə gələrək Ermənistanı “ağ günə” çıxaracağını vəd verən Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən faktiki olaraq öz postunu yalan faktlarla qorumağa çalışır.

O, dediyi ifadələrin, söylədiyi rəqəmlərin əsl həqiqətinin üzə çıxmayacağını hesablamır, həm də iqtisadi, siyasi və tarixi bilgilər baxımından savadsızlığını ortaya qoyur.

Erməni faşist cəlladı Garegin Njdeni Sovet İttifaqı qəhrəmanı Soljenitsınla müqayisə edərək özünü beynəlxalq arenada biabır edən Paşinyan, indi də Ermənistan ictimaiyyətinə yalan rəqəmlər söyləyib.

Belə ki, Paşinyanın özünün “Facebook” səhifəsində Ermənistanın dünya ölkələrinin rifah indeksində mövqeyini 27 pillə yaxşılaşdırdığını yazıb. Ola bilər ki, erməni ictimaiyyəti buna inanır. Amma internet-kommunikasiyanın inkişafının pik həddə çatdığı bu dövrdə məlumatları əldə etmək o qədər sadədir ki, Paşinyanın söylədiyinin yalan olduğunu üzə çıxarmaq də bir neçə dəqiqənin işidir.

Gəlin əsl rəqəmlərə diqqət yetirək. Ermənistan Paşinyanın söylədiyinin əksinə olaraq 27 pillə irəli getməyib. 2018-ci ildə 68-ci pillədə, 2019-cu ildə isə 61-ci pillədə yer alıb.

Buna baxmayaraq, 12 kriteriyaya görə hazırlanan bu siyahıda Ermənistan təhülkəsizlik, infrastruktur, sağlamlıq, təhsil, ətraf mühitin mühafizəsi kimi sahələrdə geriləyib, iqtisadi keyfiyyət məsələsində isə durğunluq yaşayıb. Bunu isə biz özümüzdən demirik. Statistikanı isə qrafikdə təqdim edirik.

Bir ölkənin ən vacib sütunları olan bu sahələrdə geriləmə yaşanması isə məhz Paşinyanın dövründə baş verib. İndi isə Paşinyan onun küçələrdən hakimiyyət kreslosuna gətirən inqliabçı dəstənin başını yalan bilgilərlə qatmaq istəyir.

Qrafikdə maraqlı bir məqama da diqqət yetirək. 2009-cu ildə 67-ci pillədə yer alan Ermənistan geridə qalan 10 ildə cəmi 6 pillə irəli gedə bilib.

Statistik məlumatla daha ətraflı bu linkdən tanış ola bilərsiniz - https://www.prosperity.com/rankings

Paşinyanın çıxışına Ermənistan müxalifətindən sərt reaksiyalar gəlməyə başlayıb. Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan təkcə Paşinyanın deyil, onun yalan hesabatlar hazırlayan komandasının da saxtakarlıq etdiyini söyləyib. Aşotyan Paşinyanın 9 kriteriya üzrə hesabat hazırladığını lakin əslində 12 kriteriyanın olduğunu qeyd edib. O, cəmiyyətə dezinformasiyalar ötürən insanların cəzalandırılmalı olduğunu deyib.

Aşotyan media vasitəsilə Paşinyana “Həqiqəti tapmaq asan olduğu halda, baş nazir niyə belə həyasızcasına yalan danışır?” sualı ilə müraciət edib. Paşinyan isə hələ də bu sualı cavabsız qoyub. Çünki bu sualın cavabı yoxdur.

Belə nəticəyə gəlmək mümkündür ki, Paşinyan beynəlxalq institutların reytinq göstəricilərinə istinad etməklə öz seçicilərini aldatmağa çalışır. Onun əsas məqsədi məlumatların yalan və ya doğru olması deyil, diqqəti cəlb etməkdir. Amma o, bir şeyi unudur ki, yalan nə qədər cəlbedici görünsə də, həqiqətin qarşısında acizdir. O, yalan danışdıqca hakimiyyətinin süqutunu da tezləşdirir.

Sonda qeyd edək ki, Baş nazir seçildiyi gündən bu vaxta qədər ölkənin inkişafı üçün verdiyi vədləri yerinə yetirməməsi, üstəlik fövlət başçısına xas olmayan bəyanatları, eləcə də yalanları ilə “diqqət mərkəzi”ndə olması Nikol Paşinyanla xalq arasında ciddi qarşıdurmaya gətirib çıxara bilər.

Artıq bunun üçün bir müddətdir addımlar da atılır. Separatçı rejimin “Təhlükəsizlik Şurası”nın sabiq baş katibi, general Vitali Balasanyan bu günlərdə dövlət çevrilişinə çağırış edib.

Keçmiş deputat Andranik Quqasyan isə Nikol Paşinyanın dövlət büdcəsini öz ailə büdcəsi kimi xərclədiyini, özünə zirehli avtomobillər aldığını, yaxın ətrafının dövlət büdcəsini talamağa şərait yaratdığını bildirib.

Bundan başqa, hərbi sistemdə özbaşınalıq, və işgəncə faktlarının üzə çıxması Ermənistan ictimaiyyətində hökumətə qarşı aqressiyanın yaranmasına səbəb olur. Gedən prosesləri analiz edən errməni politoloq Hrant Melik-Şahnazaryan Ermənistanın daha faciəvi günlərinin uzaqda olmadığını söyləyib.

Bundan başqa, sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın komandalarının yenidən aktivləşməsi Paşinyanı özündən çıxarıb. Baş nazir hazırda Köçəryan kimi Sarkisyanı da həbs etməyə çalışır. Nikol Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri, eləcə də xalq arasında getdikcə kəskinləşən qarşıdurma işğalçı ölkədə yeni xaosun formalaşmasını sürətləndirir, ictimai-siyasi proseslərin daha kəskin mərhələyə qədəm qoyduğunu göstərir. Bu, həm də işğalçı ölkədə hər an yeni bir inqilabın baş verməsi, həmçinin Nikol Paşinyanın laxlamış hakimiyyətinə nöqtə qoyulması ehtimalını artırır.

Paşinyan hakimiyyət kreslosunun laxladığı hiss edərək ictimaiyyətin diqqətini başqa istiqamətə - cəmiyyətin həssas olduğu Dağlıq Qarabağa yönəltməyə başlayıb. Onun Dağlıq Qarabağa mütəmadi səfərlər etməsi bunun bariz nümunəsidir. Amma Paşinyanın hər dəfə Dağlıq Qarabağa səfəri zamanı Ermənistan ordusu cəbhədə itkilər verir. Paşinyanın işğal altındakı Azərbaycan torpağı olan Xankəndinə bu günlərdə səfəri zamanı - dekabrın 2-də Ermənistan ordusu daha bir hərbi qulluqçusunu itirib.

1998-ci il təvəllüdlü Artur Acamyan naməlum səbəblərdən ölüb. 1999-cu il təvəllüdlü David Melibekyan isə yaralanıb. Hadisənin təfərrüatını öyrənmək üçün təhqiqat aparılır.

Baş verən hadisəni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əgər bu dəfə olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa hər gəlişi zamanı düşmən snayperlərimizin atəşi nəticəsində itki verərsə, bu bizim ona ciddi mesajımız olacaq:

“Sənin işğal altındakı torpaqlara hər səfərində itki verəcəksiniz! Bu “sülhpərvər” görünmək istəyən Paşinyana məntiqi mesajımızdır: Hərbçilərinin ölməyini istəmirsənsə, Dağlıq Qarabağa gəlmə və ya gələcəksənsə, bilməlisən ki, hər səfərində itkiniz olacaq! Bu yolla biz həm də Ermənistana və beynəlxalq aləmə mesaj vermiş olacağıq ki, Paşinyanın işğal altındakı torpaqlara hər səfəri vəziyyəti gərginləşdirir, atəşkəsə də ciddi təhlükə yaradır. Odur ki, snayperlərimizin gözlərinə və əllərinə qüvvət!”

Fərid ƏDALƏT
BAKU.WS