Deputat Elman Nəsirov: "Çox istərdik ki, qonşu Ermənistan da Azərbaycan kimi demokratik ölkə olsun"
25
okt
2018
20:26
"Bu bir həqiqətdir ki, erməni xalqı və ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistandakı vəziyyətlə bağlı hər hansı fikrini daha çox diqqətlə izləyir. Yəni, erməni əhalisi cənab Prezidentin çıxışlarını özü üçün tezis hesab edir. Çünki bu çıxışlar yüz fazi özünün doğruldur".BAKU.WS-in məlumatına görə, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. Deputat deyib ki, erməni xalqı Azərbaycan Prezidentinin Ermənistandakı yeni hakimiyyətlə bağlı söyləyəcəyi fikirləri gözləyir:"İndi elə bir vəziyyət yaranıb ki, erməni xalqı Azərbaycan Prezidentinin Ermənistandakı yeni hakimiyyətlə bağlı hansı fikirlər söyləyəcəyini gözləyir. Yəni, artıq bu onlar üçün barometrdir. Əgər Azərbaycan Prezidenti Paşinyanın siyasətilə bağlı pozitiv fikirlər söyləsə, bu, o deməkdir ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirir. Belə halda erməni xalqının da öz baş nazirinə münasibəti loyal və müsbət ola bilir. Çünki Azərbaycan Prezidentinin vaxtilə dediyi sözləri bu gün Ermənistanda reallığa çevrilib. İndi erməni xalqı özü həmin fikirləri təkrarlayır. Eyni məntiqlə Azərbaycan Prezidenti Paşinyanın siyasətilə bağlı mənfi fikirlər söyləsə, o zaman erməni xalqı yenə də müəyyən nəticələrə gələcək və əmin olacaqlar ki, Paşinyan Ermənistanı doğru yola aparmır". E.Nəsirov qeyd edib ki, Ermənistanda heç zaman demokratik seçkilər olmayıb:"1999-cu ildə Ermənistan parlamentində güllə-baran hadisəsi, 2008-ci ilin prezident seçkiləri zamanı xalqın güllələnməsi və 10 nəfərin öldürülməsi bir daha təsdiq edir ki, Ermənistan demokratik ölkə deyil. Ümumiyyətlə, Ermənistanda qeyri-demokratik seçki ənənələri mövcuddur. İndi də Nikol Paşinyan həmin ənənələrə sadiqliyini nümayiş etdirir. Ancaq Paşinyan da bu cür yolla çox davam edə bilməyəcək. Hesab edirəm ki, Ermənistan ictimaiyyəti də bu reallığı görür və qiymətləndirir". O, vurğulayıb ki, Ermənistandan savayı, Azərbaycan demokratik inkişaf yolu keçmiş dövlətdir:"Çox istərdik ki, Azərbaycan kimi, qonşu Ermənistan da demokratik ölkə olsun. Çünki xaos vəziyyətində yaşayan bir ölkənin qonşuluğunda yaşamaq arzuolunan deyil. Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən söyləyib ki, Ermənistanda orta əsr təfəkkürlü dikadatura rejimi hökm sürür. Bu rejimin soyqırımla da birbaşa bağlılığı var. Çünki 1992-ci ilin fevral ayında həmin hərbi rejim Xocalı soyqırımını törədib. Çox təəssüf ki, bu hərbi rejim sonradan Ermənistanı da idarə edib. Bu gün cənab Prezident İlham Əliyev də sözügedən həqiqətləri ən yüksək beynəlxalq tribunalardan səsləndirib. Erməni xalqı da Azərbaycan Prezidentinin söylədiyi bu fikirləri təkraralayaraq, Serj Sarkisyana qarşı inqilab edib. Serj Sarkisyana qarşı etiraz aksiyası keçirən erməni əhalisi də İrəvanda keçirdiyi mitinqlərdə Azərbaycan Prezidentinin söylədiyi həmin fikirləri söyləyirdi. Cənab Prezident İlham Əliyev də vurğulayır ki, Ermənistandakı həmin rejimdən ən çox ziyan çəkən məhz erməni xalqının özüdür. Yəni, erməni xalqı bu rejimin girovuna çevrilib". Nikol Paşinyanın baş nazir seçilməməsi məsələsinə də toxunan politoloq bildirib ki, Ermənistandakı son vəziyyət ölkədəki siyasi böhranın daha da inkişaf etməkdə olduğunu göstərir:"Bu baxımdan da indi Ermənistanda baş nazirin seçilməməsi Nikol Paşinyanın öz oyunudur. Paşinyanın əsas istəyi odur ki, o, Ermənistan parlamentində də üstünlüyü ələ alsın. Bu gün Ermənistanda ikihakimiyyətlilik var. Ali icra hakimiyyəti Nikol Paşinyanın əlindədir, parlamentdə isə onun siyasi rəqibləri üstünlük təşkil edir. Ötən il Ermənistanda parlament seçkiləri keçirilib və konstitusiyaya görə növbəti seçkilər 2022-ci ildə olmalıdır. Ermənistanda hər ötən gün isə Paşinyanın nüfuzu aşağı düşməkdədir. Bütün bunlara görə də Nikol Paşinyan təcili növbədənkənar parlament seçkiləri keçirib, qanunverici orqanda da nəzarəti ələ almaq istəyir. Əgər Ermənistan parlamenti üzvləri yığışıb 2 dəfə baş naziri seçə bilmədiyi təqdirdə, həmin parlament artıq buraxılmış elan ediləcək. İndi Paşinyan da bu üsuldan istifadə edərək, bilərəkdən baş nazir seçilmir ki, parlamentin tərkibi buraxılsın. Növbəti həftə Ermənistanda ikinci dəfə baş nazir üçün səsvermə keçiriləcək. Yəqin ki, həmin səsvermədə də baş nazir seçilməyəcək. Bununla da Paşinyan öz istəyinə nail olacaq və Ermənistan parlamenti buraxılacaq. Sonra isə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Həmin seçkilərdə də Paşinyanın tərəfdarlarının qalib gəlməsi labüd hesab edilir. Bu səbəbdən də Robert Köçəryan bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək və həmin seçkilərdə Paşinyan qalib gəlsə də, Ermənistan uduzacaq. Həmin parlament seçkilərindən sonra isə Ermənistanda narazılıqlar daha da artacaq. Yəni, hakimiyyətdən getmiş qüvvələr səfərbər olaraq yeni müxalifət formalaşdırmağa başlayacaq. Eyni zamanda Ermənistanda əhalinin sosial-iqtisadi vəziyyətinin daha da aşağı düşməsi Paşinyanın nüfuzunu yerə salacaq. Paşinyanın Rusiya ilə əlaqələrində də ziddiyətlərin dərinləşməsi ehtimal edilir".BAKU.WS
Oxşar xəbərlər
ABŞ-ın Ermənistandakı səfiri: Yerevan işğal olunmuş əraziləri qaytarmalı olacaq
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki. bunu erməni mətbuatın...