Paşinyanın oğlunu Qarabağa əsgər göndərməsinə Azərbaycandan REAKSİYA
11
iyl
2018
11:40
“Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib”.BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.Onun sözlərinə görə, Paşinyan rejimi bununla reytinqini yüksəltməyə çalışır.“Paşinyan öz siyasi reytinqinin yüksəldilməsi üçün addımlar atır. Bu cür hərəkətlər konstruktiv xarakter daşımır və regionun sabitləşməsinə xidmət etmir. Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir. Bu əməllər regionda sülhün təminatına xidmət etmir”, - deyə Hikmət Hacıyev bildirib.BAKU.WS
Oxşar xəbərlər
Paşinyan oğlunu Qarabağa göndərdi - Ermənistan qanunlarını pozdu (VİDEO)
Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan müddətli həqiqi hərbi xidmətə yollanıb.BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, Aşot P...