SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin sayı artırılıb.

Parlamentin bugünkü iclasının gündəliyinə “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da müzakirə olunacaq məsələlərin sayı 18-dən 19-a qaldırılıb.

Qeyd edək ki, "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişikliklərin müzakirəsi daha öncədən gündəliyə daxil edilmişdi.

BAKU.WS