SİZİN REKLAM BURADA!
055 213 76 73


"Paris Sülh Forumuna bir çox insanları dəvət etmişdilər, amma bəziləri öz qrafiklərinə uyğun olmadığı üçün iştirak edə bilməmişdilər. Mən həmin tarixlərdə Stokholmda idim və yaxında olduğum və dəvəti əvvəldən qəbul etdiyimə görə iştirak elədim".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan ictimai fəal Bəxtiyar Hacıyev bildirib. 

Onun sözlərinə görə, Nikol Paşinyan tədbirdən sonra ona yaxınlaşıb və bəzi suallar verib: "Tədbirdə bir çox ölkənin dövlət və hökumət başçıları, müxtəlif sektorlar üzrə liderlər, dünyanın taınmış KİV-ləri iştirak edirdilər. Mən təsadüfən orda gördüm ki, Ermənistanın baş naziri də ikinci dəfə bu tədbirdə iştirak edir və ona görə yaxınlaşıb iştirak elədim.

Parisdə normal qarşılandı. Cəmi bir sual imkanı yaranmışdı və Azərbaycandan olan bir iştirakçı kimi Ermənistanın baş nazirinə sualımı verdim. Sualın məğzi bundan ibarət idi ki, əgər sülhdən danışırsınızsa, necə ola bilər ki, başqa bir ölkənin ərazisinə gedib orada "Qarabağ Ermənistandır" deyirsiz və gözləyürüsünüz ki, Azərbaycan tərəfi sizinlə sülh danışıqları aparsın. Paşinyan tədbirdən sonra mənə yaxınlaşdı və bir az danışdıq. Kim olduğumu və əlavə sullar soruşdu".

Bəxtiyar Hacıyev əlavə edib ki, Parsidəki forumu Bakıda sosial şəbəkə və əksər KİV-lər müsbət qarşılayıb: "Amma eyni zamanda irad bildirən və tənqid edənlər də oldu. Bəzi KİV-lərin rəhbərləri ya tamamilə susqun qaldılar, yəni heç bir reaksiya vermədilər. Bir qism insanlar da, tənqid etdilər ki, orda Paşinyanın verdiyi cavaba susqun qalmaq və onun moizəsini dinlməyə davam etmək lazım deyildi, orda başqa suallar vermək olardı, onun hansı cavablar verəcəyini əvvəlcədən bilib buna uyğun sual vermək lazım idi. Bunu deyənlər formatdan xəbərsiz idilər. Düşünürəm ki, bunun kökündə Bəxtiyarın tədbirdə iştirak etməyi dayanırdı". 

BAKU.WS
VİDEO