74 yaşlı Riçard Qir xəstəxanalıq oldu

74 yaşlı Riçard Qir xəstəxanalıq oldu
Siyasət 131

Aktyor Riçard Qir Meksikada ailəsi ilə istirahət edərkən xəstəxanalıq olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, pnevmoniya diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Aktyorun bütün ailəsi Meksikada bir neçə həftəlik tətil zamanı xəstə olub.

O, bir gecə xəstəxanada yatıb, səhəri gün evə buraxılıb.

"Bütün ailə üzvlərimiz üçün təxminən üç həftəlik xəstəlikdən sonra bu gün nəhayət özümüzü daha yaxşı hiss edirik!", - Qirin həyat yoldaşı Alehandra Silva bildirib.

Son xəbərlər