7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçkiyə start verildi - FOTO

7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçkiyə start verildi - FOTO
Siyasət 1

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici aktivliyi müşahidə edilir.

Səsverməyə gələn hər bir seçici, ilk olaraq, qeydiyyatdan keçir, seçki bülletenlərini götürərək seçdikləri namizədə səs verirlər.

Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər.

Son xəbərlər