VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"10 aprel 2069-cu ilə qədər deportasiya ediblər. Normalda bu 5 il olur. Hansısa cinayət törədəndə bu, 15 il olur. Amma mənim haqqımda uydurma inzibati ittihamla 50 il cəza verildi. Doğrusu mən bunu özümə şərəf bilirəm". 

BAKU.WS xəbər verir ki, bunu jurnalist Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ən böyük arzusu Rusiyada böyük bir diaspora təşkilatının qurulması və Rusiya hökumətindən hansısa tələblər irəli sürə bilməsidir:

"Mən öz fəaliyyətim boyunca orada bunun üçün işlər görməyə çalışdım, amma yarımçıq qaldı.

Rusiyada ictimaiyyətin küçələrə çıxıb jurnalist Fuad Abbasov üçün aksiya keçirməsi, Azərbaycan Xarici İşlər Nazirliyinin ilk dəfə öz səlahiyyətlərindən kənara çıxaraq Rusiyaya nota verməsinə görə qürur hiss keçirdim.

Mən səfirlik əməkdaşlarına, başda səfir Polad Bülbüloğluna da təşəkkür edirəm.

Çox şükür ki, Vətənimdəyəm".

Fərid ƏDALƏT
BAKU.WS