Separatçı rejimin “generalı” vəzifədən uzaqlaşdırıldı

18
iyn
2019
11:34
Separatçı Dağlıq Qarabağ respublikasının “ordusunun komandan müavini”, “general mayor” Vardan Balayan vəzifədən uzaqlaşdırılıb.BAKU.WS tert.am-a istinadən xəbər verir ki, bu barədə separatçı rejimin “prezidenti” Bako Saakyan əmr imzalayıb.Əmrə əsasən Balayan pensiyaya göndərilib.Qondarma rejimin Dağlıq Qarabağda təxribatçı təlimlər keçirdiyi bir vaxtda bu qərarın verilməsi “hakimiyyət” daxilində ciddi fikir ayrılığı kimi qiymətləndirilib. Məlumat üçün bildirək ki, son 1 ay ərzində Ermənistan və “Qarabağ klanı” arasında davam edən “soyuq müharibə” çərçivəsində bir neçə yüksək rütbəli məmur vəzifədən azad edilib.
Oxşar xəbərlər
Azərbaycan rəsmi Moskvaya kəskin etiraz bildirdi
"Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri”...
