Dağlıq Qarabağ separatçılarından təxribat: Bako Saakyan təmas xəttinə gəldi
09
okt
2018
22:04
Dağlıq Qarabağdaki separatçı rejim Azərbaycan və Ermənistan rəhbərliyinin əldə etdiyi Düşənbə razılaşmasına zidd addımlar atmaqda və təxribat törətməkdə davam edir.Musavat.com xəbər verir ki, 9 oktyabrda Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan qoşunların təmas xəttində peyda olub.Saakyan Ermənistan-Azərbaycan qoşunlarının yerləşdiyi təmas xəttinin cənub istiqamətində olub, hərbçilərlə görüşüb, mövcud vəziyyətlə tanış olub. Onu Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “müdafiə naziri” Levon Mnatsakanyan və digərləri müşayiət edib.Son zamanlar ön cəbhədəki erməni əsgərləri arasında intiharların artması və Azərbaycan ordusunun yeni hərbi təlimləri separatçıları narahat edib. O, səngərdəki erməni əsgərlərinə hədiyyələr verməklə, onları ruhlandırmağa çalışıb.BAKU.WS
Oxşar xəbərlər
Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.BAKU.WS “news.am” saytına istinadən xəbər ve...