Qondarma rejimin "müdafiə naziri" təmas xəttində vurulub

Qondarma "DQR”in "müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.
BAKU.WS virtualaz.org xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin "DQR müdafiə nazirliyi”nin nümayəndəsi Senor Həsrətyan "Novosti Armeniya” agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, "dezinformasiya” adlandırıb.
Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, "Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan” hərbçiləri mükafatlandırıb.
BAKU.WS

Oxşar xəbərlər
Qarabağda döyüşlər qızışdı, Ermənistan ordusu itkilərini açıqladı
Ermənistan işğalçı qüvvələri təmas xəttinin şimal (Talış-Goranboy) və şimal-şərq (Ağdərə) istiqamətində itki verib. Virtualaz.org xəbər verir ki, separatçı erm...