60 yaşlı aktyor infarktdan vəfat etdi - FOTO

60 yaşlı aktyor infarktdan vəfat etdi - FOTO
Foto
Siyasət 1

"Yeşilçam"ın məşhur aktyorlarından olan Tolga Savacı vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 80 və 90-cı illərin xarizmatik aktyoru infarktdan dünyasını dəyişib.

Bu barədə Tolganın həyat yoldaşı Nermin Bezmen məlumat verib.

"Ürəyim ağrıyır. Böyük ürəkli sevdiyimi itirdim. Qəfildən sonsuz səyahətə çıxdı. Övladlarım və nəvələrimlə dərin kədər hissi keçiririk" -deyə o bildirib.

90-cı illərdə həm də modelliklə məşğul olan Tolga Savacı bir çox ekran işində rol alıb. İtaliya, Almaniya, Fransada modellik edən Tolga "Arzu" adlı ilk filmə 1985-ci ildə çəkilib.

Bundan başqa "Tapılacak Kadın", "Sekreter", "Seviyorum", "Sıcak Yatak", "Sen Ve Ben", "Kırmızı Işık", "Kurt Seyit ve Şura" kimi film və seriallarda müxtəlif obrazlar canlanıdırıb.

Aktyor 3 dəfə ailə qurub. Sonuncu həyat yoldaşı Nermin Bezmenlə ABŞ-nin Nyu Cersi ştatında yaşayırmış.

Oxşar xəbərlər

"Yeşilçam"ın mənfi obrazlar ustası vəfat etdi - FOTO

"Yeşilçam"ın mənfi obrazlar ustası vəfat etdi - FOTO

"Yeşilçam" filmlərində mənfi obraz kimi məşhur aktyor Hikmet Taşdemir vəfat edib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o 82 yaşında müalicə aldığı x...

5 Siyasət 09:31 26 yanvar 2024

Son xəbərlər