50 yaşlı müğənni infarkt keçirərək vəfat etdi - FOTO

50 yaşlı müğənni infarkt keçirərək vəfat etdi - FOTO
Siyasət 704

Türkiyəli müğənni Halil Taşkın vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi infarktdan dünyasını dəyişib. Onun ölüm xəbərini həmkarı Kader yayıb:

“Kədərimi ifadə etməyə kəlimələr tapa bilmirəm. Onun şəxsi keyfiyyətlərini sadalasam bitməz. Canımı itirdim. Onunla çox şeylər yaşadıq. Nə qədər konser turlarına çıxdıq. Hər zaman qəlbimdə yaşayacaq. Sənət aləminin başı sağolsun. Allah günahlarını bağışlasın”.

50 yaşlı müğənni infarkt keçirərək vəfat etdi - FOTO

80-ci illərin məşhur uşaq müğənnilərindən olan Halil Mevlanakapı məzarlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Halil Taşkın uşaqlıq illərindən sənət aləminə daxil olub. Professional karyerasına isə 1985-ci ildə başlayıb.

50 yaşlı müğənni infarkt keçirərək vəfat etdi - FOTO

Onun “Zor Kirve”, “Elveda”, “Aşığım Seviyorum”, “Seni Sevmeyen Ölsün”, “Yıllar Utansın”, “Bir Yar Sevdim Sivaslı” və “Saçıma Kar Yağdı” kimi sevilən ifaları var idi.

Eyni zamanda sənətçi "Yeşilçam"da 10 filmdə rol alaraq aktyorluq bacarığını da nümayiş etdirib.

50 yaşlı müğənni infarkt keçirərək vəfat etdi - FOTO

Son xəbərlər