Sabah Bakıda NATO komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək
 
                            
                            
                                11
                                dek
                            
                                2018
                                20:27
                            
                            
                        Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilək.BAKU.WS-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevtərəfindən Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.K.Skaparrotti dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Prezident NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottinin rəhbərlik e...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    