SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya Suriyaya 6 ədəd MİQ-31 tipli qırıcı təyyarəsi satıb. 
 
BAKU.WS-in məlumatına görə, təyyarələr Suriyanın paytaxtı Dəməşqdə yerləşən Mezze hərbi aerodromuna enib. Son texnologiyalarla təchiz edilmiş MİQ-31 qızırıcıları üzərinə quraşdırılmış radarlar hesabına 200 kilometrlik bir hava sahəsini nəzarətdə saxlaya bilir.
 
Təyyarənin əsas vəzifəsi yüksək hündürlükdə kəşfiyyat və hücum əməliyyatlarını yerinə yetirməkdir. MİQ-31-ler dünyanın ən sürətli döyüş təyyarələri arasında yer alır.

Xatırladaq ki, Rusiya 2007-ci ildə Suriyaya 8 ədəd MİQ-31 satmağı qəbul etmiş, ancaq daha sonra İsrailin təzyiqi ilə bu qərarından daşınmışdı. 
 
ŞAHİN Həbibov
BAKU.WS