Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmaq istəyərsə gərək sərt mövqeyindən əl çəksin.


BAKU.WS
-in məlumatına görə, bu barədə Rusiyanın Ankaradakı səfiri Andrey Karlov bildirib. Onun sözlərinə görə, Rusiya Türkiyə qarşısında rəsmən 3 şərt qoyub. Əgər Türkiyə Rusiyanın rəsmən irəli sürdüyü 3 şərti yerinə yetirərsə, o zaman iki ölkə arasındakı problem də həll olunacaq.


"Rusiya prezidenti Vladimir Putin ilk gündən Türkiyəndən xoş rəftar gözləyirdi. Lakin türklərin bu münasibəti iki dövlətin ziyanına işləyir”, - deyə Andrey Karlov vurğulayıb.


Səfir 3 şərti bir daha təkrarlayıb. Birincisi, təyyarənin vurulmasına və pilotun ölümünə görə Türkiyənin Rusiyadan rəsmi üzr istəməlidir. İkincisi, Türkiyə dövləti baş verən hadisənin günahkarının tapılamsını və lazımı cəzanın verilməsini təmin etməlidir. Üçüncüsü isə Rusiyaya Türkiyə tərəfindən dəymiş ziyan ödənilməlidir.

 

Ziya Səccad

BAKU.WS