SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. 
 
BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç,

Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".
 
Xatırladaq ki, dekabrın 13-nə keçən gecə Voronej yaxınlığındakı psixonevroloji internatda güclü yanğın baş verib. Son məlumata görə, yanğın nəticəsində 23 nəfər həlak olub, 19 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanların bir çoxu ağır vəziyyətdədir. Daha iki nəfərin axtarışı isə davam etdirilir.

Hadisə baş verərkən binada 74 nəfər, o cümlədən 4 tibb işçisi olub. Yanğının söndürülməsi üç saata yaxın çəkib. İnternatın korpusu tamamilə yanıb.
 
BAKU.WS