Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kot-d'İvuarın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Niale Kaba ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətlərinin dinamik inkişafını qeyd edərək, parlamentlərarası əlaqələrin, yüksək səviyyəli səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıblar.
Müzakirələr zamanı Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı və sədrliyi, Afrika ölkələri ilə genişlənən tərəfdaşlığı, eləcə də regionda baş verən əsas proseslər barədə fikir mübadiləsi aparılıb.
The Minister of Foreign Affairs of Azerbaijan @Bayramov_Jeyhun met with Côte d’Ivoire’s Minister of Foreign Affairs and International Cooperation Nialé Kaba @NialeKaba_Off on the sidelines of #UNGA81.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 24, 2026
The sides highlighted the dynamic development of 🇦🇿-🇨🇮 bilateral relations,… pic.twitter.com/bnZZti0RXX
Oxşar xəbərlər
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İsmayı...