500 rus kəşfiyyatçısı Ermənistanda hərəkətə keçdi

500 rus kəşfiyyatçısı Ermənistanda hərəkətə keçdi
Siyasət 2683

Rusiya hərbçiləri Ermənistanda yerləşən bazada xüsusi taktiki təlimlərə başlayıb.

BAKU.WS "Report” a istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Təlim Kəmxud dağlıq poliqonunda keçirilir. Hərbi tədbirə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub.

Manevrdə "Ratnik” qurğusundan istifadə ediləcək. "Ratnik” qurğusundan 2016-cı ildən quru, hərbi-desant və dəniz piyadaları istifadə edir. O, zirehlidir, döyüş mərmisi ilə təchiz edilib. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər