Ermənistanda olan Rus qoşunu "həyəcan siqnalı" ilə ayağa qaldırıldı

Ermənistanda olan Rus qoşunu həyəcan siqnalı ilə ayağa qaldırıldı
Siyasət 8748
 

Hərbi döyüş təlimi ilə əlaqədar olaraq Ermənistan Cənub hərbi dairəsində yerləşən Rusiya hərbi bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb və yüksək dağ poliqonları olan "Kaxmud” və "Alagöz” a doğru hərəkət etdirilib.

BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərdə bildirlir ki, əməliyyatların həyata kecirildiyi qarla örtülü, zəhərli maddələr tökülmüş, iri qayalar olan ərazilərdə xüsusi şərti diversiya-kəşfiyyat qruplarının hərəkət etməsi ücün moto atıcılar, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri mürəkkəb taktiki vəziyyətdə artilleriya hücumlarını dəf etmək ücün müvafiq manevrlər həyata keçiriblər. Təlim zamanı Rusiyanın Erebuni adlı avibazası BUK M1-2, C-300V raket kompleksləri, MiQ–29 qırıcıları və Mi-8MT, Mİ-24P helikopterlərindən istifadə edilib.

Hərbi mühəndislər möhkəmləndirmə işləri apararaq minadan mühafizə səddi yaradıblar. Rabitəçilər isə mobil rabitə mərkəzləri vasitəsilə komanda-qərargahla hərbi texnika arasında əlaqə kanallarını yeniləyiblər.

BAKU.WS

Oxşar xəbərlər

Ordumuza həyəcan siqnalı verildi, hazırlıq yoxlanıldı (VİDEO)

Ordumuza həyəcan siqnalı verildi, hazırlıq yoxlanıldı (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən H...

1210 Sosial 11:31 22 dekabr 2016

Son xəbərlər