5 rayon işğaldan azad olunur? - Rusiyalı ideoloqdan AÇIQLAMA
14
mar
2018
22:44
Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasıyla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma mövcuddur.BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin söyləyib.“Qarabağ problemi hər şeydən öncə Ermənistan və Azərbaycan xalqlarının problemidir. Bu, təkcə dövlətlər arasında münasibət yox, həm də xalqlar arasında münasibət deməkdir. Bu problemin həlli üçün Türkiyənin Azərbaycanın, İranın Ermənistanın, Rusiyanın hər iki tərəfin yanında yer alaraq proses başlatması prinsipcə reallaşa bilər. Əsas məsələ Qərbi mümkün qədər uzaqlaşdırmaqdır. Qərb regionun problemlərini anlamadan, özünün milli problemlərini öyrənmədən, yarıtmaz standartları ilə digərlərinin işinə qarışır. Rusiya, Türkiyə, İran isə çoxmillətlidir və onlar milli və dini qruplar arasında qarşılıqlı fəaliyyətlə bağlı çox böyük təcrübəyə sahibdirlər. Məsələn, Rusiya təkcə xristian ölkəsi deyil. Bəli, biz provoslav ölkəyik, amma bizim ölkədə çoxlu müsəlman da var və biz onlara düşmən kimi baxa bilmərik. Türkiyə Azərbaycana milli birlik əsasında, İran isə Ermənistanla tarixi köklərlə bağlıdır. Digər tərəfdən, İranın Cənubi Azərbaycan problemi var. Beləliklə, bu üçbucaqda hər bir tərəf öz maraqları və prioritetlərinə sahibdir. Onların konsolidasiyası zamanı biz Qarabağın həllinə çata bilər. Üstəlik, artıq rayonların azad edilməsi alqoritmi hazırlanıb. Çoxları bunu Qarabağın satılması kimi şərh edir, amma bu belə deyil. Məsələ Bakı və İrəvan arasındakı konstruktiv dialoqdur. 5 və ya 7 regionun Azərbaycana qaytarılması xoş niyyətin nümayişi, gərginliyin azaldılması, situasiyanın deeskalasiyasında həlledici addım ola bilər. Bundan sonra hərbi konflikt təhdidi əhəmiyyətli dərəcədə azalacaq.Beş rayonun qaytarılması ilə bağlı razılaşma mövcuddur. Bunun haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentləri danışıblar. Hər üç ölkədə bu, fərqli qəbul edilir. Azərbaycan mətbuatı bunu qələbə kimi dəyərləndirir, erməni mətbuatı bunu xəyanət sayır, ruslar üçün isə bunun ümumiyyətlə mənası yoxdur”.Duqin həmçinin Qarabağda yeni müharibə başlamaq ehtimalının da olduğunu deyib:“Təəssüf ki, müharibə ilə bağlı böyük risk var və bunu Amerika tərəfi dilə gətirir. İnformasiya müharibəsi anlayışı mövcuddur. Əgər kimsə deyirsə ki, konflikt çox inandırıcıdır, başlaya bilər, o zaman hər kəs bu konflikti gözləməyə başlayır. Mən öz mühazirələrimdə hər zaman bu hekayəni demişəm. Suriya konfliktinin başlanğıcında Hələbdə “Əl-Cəzirənin” efirində etiraz aksiyaları nümayiş etdirildi. İnsanlar küçəyə çıxdılar, gördülər ki, heç kim yoxdur, amma onlar televizorda göstərilən bu meydanda böyük kütlə toplandığını görmüşdülər. Sonradan meydan dolmağa başladı, ona görə ki, hər kəs orada nəyin baş verdiyinə baxmaq üçün küçəyə çıxdı. Televizorda isə əslində Qahirədəki Təhrir meydanı göstərilmişdi. Yəni əvvəlcə informasiya peyda olur, sonradan təhlükə yaranır, daha sonra isə hadisə baş verir. Ən böyük təhlükə odur ki, konflikt Amerikaya Rusiyanın Cənubi Qafqazda diskreditasiyası üçün lazımdır. Nə ermənilər, nə də azərbaycanlılar Amerikanın gözündə dəyərə malikdirlər. Onlar bu xalqları xəritədəki şərti anlayış kimi qəbul edirlər. Məncə, müharibə riski var, amma yenə təkrar edirəm ki, bundan qaçmaq planları da mövcuddur”.BAKU.WS
Oxşar xəbərlər
Ərdoğandan Azərbaycan üçün gözlənilməz Qarabağ etirafı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti də məyusedici açıqlama verib.BAKU.WS-in məluamtına görə, Türkiyə prezidenti...