5 qızını təcavüz edən ata video görüntüdən sonra həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 6-16 yaş aralığında olan 5 qızına qarşı cinsi istismar edən 43 yaşlı ata həbs edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Ərzurumda qeydə alınıb.
Belə ki, kənddə fermerlik edən Ş.K 5 qızını uzun illər cinsi istismar edib. Hadisə 2021-ci ildə 16 yaşlı qızının polisə məlumat verməsi ilə üzə çıxıb.
Atası barəsində şikayət verən qız 9 il boyunca cinsi istismara uğradığını, bacılarının da istismarına şahidlik etdiyini deyib.
İddialara görə saxlanılan ata istintaq çərçivəsində həbs edilib. Qızların ifadələrini dəyişdikdən sonra 2022-ci ilin martında sərbəst buraxılan Ş.K. evə qayıtdıqdan sonra hərəkətlərinə davam edib.
16 yaşlı qız bu dəfə atasının çirkin əməllərini videoya çəkib.
Ərzurum 1-ci Ağır Cəza Məhkəməsində həbsdə olan Ş.K.ya “Uşağa qarşı ağırlaşdırılmış cinsi istismar” iddiası ilə 160 il həbs istənilib.
Oxşar xəbərlər
Əsəbiləşdiyi qızını 24 yerindən bıçaqlayıb, cinsi istismar edən 38 yaşlı ataya 61 il 9 ay HƏBS - FOTO
Türkiyədə qızını bıçaqlayıb daha sonra cinsi istismara məruz qoyan ataya 61 il 9 ay həbs cəzası verilib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə...