Türkiyədə deputat qəzaya düşdü: Vəziyyəti ağırdır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına düşüb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə 22:00 radələrində avtomobilin buzlu yoldan sürüşərək kənara çıxması nəticəsində baş verib.
Əraziyə jandarma, təcili tibbi yardım qrupu və xilasedicilər cəlb olunub.
Məlumata görə, xilasetmə qrupları tərəfindən avtomobildən çıxarılan Beştaş təcili yardımla Karayazı Dövlət Xəstəxanasına aparılıb. Beştaş müdaxilələrdən sonra Ərzurum Şəhər Xəstəxanasına köçürülüb.
Bədənində sınıqlar aşkarlanan Beştaş Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə Ərzurum Hava Limanından Ankaraya aparılıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyə müxalifətinin vahid namizədi bu tarixdə açıqlanacaq - FOTO
Türkiyədə müxalif partiya liderlərindən ibarət "altılı masa"nın 12-ci iclası keçirilib. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, 6 saat çəkən iclasın günd...