12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzər dənizindəki platformada baş verən yanğında dünyasını dəyişənlər üçün Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı mesajı göndərib.
 
BAKU.WS-in məlumatına görə, Ərdoğanın mesajında deyilir:
 
"Azərbaycanda şiddətli külək səbəbiylə Xəzər dənizindəki "Günəşli" yatağında yer alan 10-cu platformada qaz xəttinin yerindən çıxması nəticəsində bir yanğın meydana gəldiyi və sözügedən yanğın nəticəsində 30-dan çox neftçinin dünyasını dəyişdiyi xəbərini böyük kədərlə öyrəndim. Millətim və şəxsim adıma, yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyirəm. Türkiyə bu çətin günündə, hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqının yanındadır və lazımlı dəstəyi verməyə hazırdır".
 
BAKU.WS