SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Mirqasımovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Oqtay Mirəsədulla oğlu Mirqasımov Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycanın xalq artistidir. 

Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur.
Aktrisa Ayan Mirqasımovanın atasıdır.
Xalq rəssamı görkəmli heykəltaraş Mirələsgər Mirqasımovun qardaşıdır.

BAKU.WS