SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Nə Rusiyaya, nə də başqa bir ölkəyə birbaşa hərbi müdahalemizdən söhbət gedə bilməz. Eyni hadisə bu gün də olsa, yenə həmin reaksiyanı verəcəyik". 
 
BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın vurulan hərbi təyyarə ilə bağlı açıqlamalarına münasibət bildərərkən söyləyib. Ərdoğan "Türkiyəni islamlaşdırmağa çalışırlar" sözünə də cavab verib: "Bu necə bir cümlədir? Türkiyənin 99%-i onsuz da müsəlmandir. Belə bir yanaşma ola bilərmi? Mən indi Rusiyanı xristianlaşdırmağa çalışırlar desəm doğru olacaq?"
  
Türkiyəni İŞİD-dən neft almaqla günahlandıranlara da cavab verən Ərdoğan sözlərinə belə davam edib:
 
"Bizi İŞİD-dən neft almaqda günahlandırırlar. Rəsmi şəxslər bunu söyləyir. Çox ayıb, təəssüflər olsun. Bunu iddia edənlər sübut etməyə borcludur. Əks təqdirdə mən onları müfteri olaraq qəbul edəcəm. İŞİD-in pul və silah qaynağı Əsəd rejimi və onun havadarları tərəfindən verilir. İŞİD-in ən böyük dəstəkçisi Əsəd rejimidir. Türkiyə hazırda nefti də, təbii qazı da hardan aldığı bəllidir. Ən böyük idxalı Rusiyadan edirik. İkinci ən çox ixdalı isə İrandan edirik", - deyə Ərdoğan əlavə edib.
 
Şahin Həbibov
BAKU.WS