SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın baş separatçısı Bako Sahakyan haqqında ilginc məlumatlar yayılıb.
 
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın baş separatçısı Bako Sahakyanın əsl adı Bahadurdur. İrəvandan olan jurnalistlərdən birinin Bako Sahakyanın oxuduğu Xankəndi 1 nömrəli orta məktəbində olarkən, onun orta məktəb qiymətləri ilə maraqlanması bu faktı ortaya çıxarıb. Məlum olub ki, Sahakyanın 1966-1977-ci illər təhsil aldığı Xankəndi 1 nömrəli orta məktəbin 1976-1978-ci illər məzunları arasında adı yoxdur. Üzə çıxan ad isə tamamilə başqadır: Bahadur Sahak oğlu Sahakyan.

Jurnalistin çətinliklə öyrəndiyi məlumata görə, Sahakyanın orta məktəbdəki ləqəbi "Bako” olubdur. Məhz illər sonra adını dəyişərək ləqəbini özünə ad kimi götürən Sahakyanın tərçümeyi hal məlumatlarında anasının adı da gizli saxlanılır. Ana adını gizli saxlanılması və Bahadur adından imtina etməsi ana xəttinin azərbaycanlı olması ehtimalını gücləndirir.

Qeyd edək ki, Bahadur Sahak oğlu Sahakyan 1960-cı ildə Azərbaycanın Xankəndi şəhərındə anadan olub. 1966-1977-ci illər Xankəndi 1 nömrəli orta məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra, Sovet ordusunda xidmət edib. Hərbi xidmətdən illərindən sonra Xankəndində 9 nömrəli kambinatda mexanika mütəxəssisi işləyib. 1990-cı il hadisələri zamanı ordu sıralarına qayıdaraq, Dağlıq Qarabağın işğalında iştirak edib. 
 
BAKU.WS