Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

BAKU.WS-in azvision.az-a istinadən verdiyi məlumata görə, bu barədə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov açıqlama verib.

O, hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu bildirib.

Ə. Əhmədov Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsinə YAP gənclərinin də töhfə verəcəyinə inandığını vurğulayıb.

BAKU.WS