SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə Suriyanın şimalında terrorçuların yaratmaq istədiyi dəhlizə maneə olmaq məqsədiylə həyata keçirdiyi hərbi əməliyyatları davam etdirir.

BAKU.WS-in məlumatına görə, Türk Silahlı Qüvvələrinə (TSK) aid 72 hərbi təyyarə Suriyanın şimalındakı Afrində yerləşən terror təşkilatı PYD/PKK-ya məxsus 113 hədəfdən 108-ni vurub. TSK-nın hədəfləri arasında PYD/PKK nəzarətində olan "Minniğ" hərbi aerodromu da olub. 

Türk Silahlı Qüvvələrinin artileriyaları Hatayın Reyhanlı, Kırıkhan və Hassa bölgələrindən Suriyada yerləşən PYD/PKK hədəflərini vurub.

Suriya sərhədinə çox sayda hərbi texnikanın və canlı qüvvənin göndərilməsi gecə boyunca davam edib.

Quru əməliyyatının ilk addımı olaraq Bolu və Kayseri xüsusi təyinatlıları sərhədi keçib.

Şahin
BAKU.WS