VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.


BAKU.WS
-in məlumatına görə, tədbirdə yenə də nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Nəqliyyat nazirliyindən yalnız "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov iştirak edib.


Nəqliyyat nazirinin bu dəfə nə səbəbdən yeni yol açılışında iştirak etməməsinin səbəbi bilinmir. Bunun səbəbini Nəqliyyat Nazirliyində də bilən yoxdur. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla danışarkən öyrəndik.


"Ziya Məmmədovun həmin tədbirdə iştirak etməməsinin səbəbini bilmirəm. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, - deyə Namiq Həsənov bildirib.


Qeyd edək ki, ötən ay da yol açılışında nazir Ziya Məmmədov iştirak etmirdi. O zaman qurum bunun səbəbini nazirin məzuniyyətdə olması ilə əsaslandırdı.


BAKU.WS