SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin dünyanın ən nüfuzlu insanı seçilib.
 
BAKU.WS məlumat verir ki, ABŞ-ın məşhur jurnallarından biri olan "Forbes" jurnalı tərəfindən yaradılan "Dünyanın ən nüfuzlu insanları" siyahısında Rusiya dövlət başçısı Vladimir Putinin adı birinci yerdədir.

73 nəfərin yer aldığı siyahıda Almaniya kansleri Angela Merkel ikinci, ABŞ prezidenti Barak Obama isə üçüncü yerdədir. Siyahının, adları qeyd olunan şəxslərin maliyyə qaynaqlarını əlində saxlaması və kütləyə təsir gücü kimi kriteryaları əsasında hazırlandığı bildirilir.
 
Katoliklərin ruhani lideri Papa Frensisk dördüncü, Çinin dövlət başçısı Si Tsinpin beşinci, "Microsoft" şirkətinin qurucularından Bill Geyts altıncı, "FED"in sədri Janet Yellen yeddinci olub. İngiltərə Baş naziri David Kameron səkkinci, Hindistan baş naziri Narendra Modi doqquzuncu və "Google"-nin qurucusu Larri Preydc isə onuncu sırada yer alıb. 
 
"Facebook"un qurucusu Mark Zukerberq isə 19-cu olub.
 
BAKU.WS