310 milyon dollarlıq "Qladiator 2"nin ilk treyleri yayımlandı - VİDEO

Uzun müddətdir maraqla gözlənilən "Qladiator 2" filminin ilk treyleri ictimiaiyyətə təqdim edilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, illər sonra ekranlara qayıdan filmdə bu dəfə baş rol ifaçısı Rassel Krou çəkilməyib.
Ridli Skottun rejissoru olduğu layihədə Paul Meskal, Denzel Vaşinqton, Barri Keoqan və Cozef Kuinn kimi aktyorlar yer alıblar.
Baş rola çəkilən Paul Meskal "Qladiator 1"də Lusillanın oğlu Luçsinin gənclik illərini canlandırır.
"İmperator Qeta" obrazına isə Cozef Kuinn həyat verir. Filmin büdcəsi 250-310 milyon dollardır.
Ekran işi bu ilin noyabrın 22-də kionteatrlarda nümayiş olunacaq.
Oxşar xəbərlər
24 il sonra çəkilən "Qladiator"dan İLK FOTOLAR
Uzun illərdən sonra yeni formatda ekranlara gələn "Qladiator" filminin ilk fotoları yayılıb. BAKU.WS xəbər verir ki, ekran işinin aktyor heyətində Paul Meskal,...
