VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Nazirlər Kabineti "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilb.
 
BAKU.WS-in məlumatına görə, "Dövlət sirri haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində "Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri "Vəzifəli şəxslərin və vətəndaşların” sözləri ilə əvəz edilsin və "və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın. 
2. Həmin qərarla təsdiq edilmiş "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası” üzrə:
2.1. adında "Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri "Vəzifəli şəxslərin və vətəndaşların” sözləri ilə əvəz edilsin və "və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın;
2.2. 1-ci hissənin birinci abzasından "və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın, üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"Vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasın olub-olmaması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (bundan sonra - təhlükəsizlik orqanı) rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı həyata keçirir.”;
2.3. 2-ci hissədən "və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın;
2.4. 4-cü hissə üzrə: 
2.4.1. ikinci abzasda "edilmiş” və "məlumatların yayılmaması” sözləri müvafiq olaraq "ediləcək” və "məlumatları yaymayacağı” sözləri ilə əvəz edilsin;
2.4.2. üçüncü abzasdan "rəsmi” sözü çıxarılsın;
2.4.3. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
"Vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.”;
2.4.4. yeddinci abzasın birinci cümləsinə "buraxılışı rəsmiləşdirilən” sözlərindən əvvəl "dövlət sirri ilə işləməyə” sözləri əlavə edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası bu orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.”; 
2.4.5. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
"Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarında dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası təhlükəsizlik orqanı tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.”;
2.5. 6-cı hissə üzrə:
2.5.1. altıncı abzasdan "və yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın və həmin abzasda "tədbirləri” sözü "tədbirlərini təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə, "keçirilir” sözü "keçirir” sözü ilə əvəz edilsin;
2.5.2. yeddinci abzasa "rəsmiləşdirilməsi” sözündən sonra "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.6. 9-cu hissənin ikinci abzasının ikinci cümləsinə "yerləşdiyi” sözündən sonra "təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri əlavə edilsin;
2.7. 10-cu hissənin birinci abzasına "yalnız” sözündən sonra, 14-cü hissənin ikinci abzasının ikinci cümləsinə "rəhbəri” sözündən sonra və 22-ci hissəyə birinci halda "qərar” sözündən sonra "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.8. 13-cü hissənin birinci abzasının birinci cümləsində, dördüncü, beşinci abzaslarında, 15-ci hissənin altıncı, yeddinci, 26-cı hissənin ikinci, üçüncü, 30-cu hissənin yeddinci abzaslarında, 31-ci hissənin birinci abzasının üçüncü cümləsində, 35-ci hissənin üçüncü və 36-cı hissənin beşinci abzaslarında ismin müvafiq hallarında "yoxlama tədbirlərini keçirən müvafiq orqan” sözləri ismin müvafiq hallarında "təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.9. 16-cı hissənin ikinci cümləsində, 26-cı hissənin birinci və 35-ci hissənin ikinci abzaslarında ismin müvafiq hallarında "yoxlama tədbirlərini keçirən müvafiq orqanlar” sözləri ismin müvafiq hallarında "təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.10. II bölmənin adı aşağıdakı redaksiyada verilsin:
"II. Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi”;
2.11. 17-ci hissə üzrə: 
2.11.1. birinci, ikinci, dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:
"Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşlar belə məlumatlarla işləməyə buraxılmaqdan imtina edilməsinə səbəb olan xəstəliklərininolmaması barədə tibbi arayışı kadr aparatına təqdim edir və anket (forma 2) doldururlar. Onlar anketdə doğru məlumatlar göstərməyə borcludurlar.
İşə (xidmətə) qəbulu rəsmiləşdirilən vətəndaşla söhbət zamanı kadr aparatının işçiləri anketdə göstərilən məlumatları onun şəxsi sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası, təhsil haqqında diplom və s.) ilə üzləşdirir, anketin ayrı-ayrı suallarını dəqiqləşdirir, anket suallarında nəzərdə tutulmayan maraq doğuran məlumatları müəyyənləşdirir, son bir il ərzində vətəndaşdan məxfi işlərlə, sənədlərlə və məlumatlarla əlaqəsi olub-olmadığını, onun dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə öhdəlik götürüb-götürmədiyini, rejimli obyektlərdə işləyib-işləmədiyini (xidmət edib-etmədiyini) aydınlaşdırır, zəruri arayış və sənədləri sorğu edir və vətəndaşı dövlət sirrini yaymamaq barədə öhdəliyin (forma 9 və ya 9-1) mətni ilə tanış edirlər. İki nüsxədə tərtib edilmiş öhdəliyin (forma 9 və ya 9-1) bir nüsxəsi işçinin şəxsi işində, ikinci nüsxəsi isə dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılır. Bu öhdəliklər kadr aparatında əmək müqavilələrinin qeydiyyat jurnalında qeydiyyata götürülür.

İşə qəbulu əmək müqaviləsi ilə həyata keçirilən vətəndaşın dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə dövlət qarşısında götürdüyü öhdəliyi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq, həmçinin "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmək müqaviləsinə əlavə kimi rəsmiləşdirilir.
Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın anketi kadr aparatının işçisi tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Anket, tibbi arayış və vətəndaş tərəfindən imzalanmış öhdəlik (forma 9 və ya 9-1) dövlət sirrinin mühafizəsi üzrə bölməyə təqdim edilir.”;
2.12. 18-ci hissə üzrə:
2.12.1. ikinci abzasa "işlərə” sözü "vəzifələrə” sözü ilə əvəz edilsin;
2.12.2. üçüncü abzasda "buraxılış rəsmiləşdirilən” sözləri "dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə əvəz edilsin;
2.12.3. dördüncü abzasa "yoxlama” sözündən əvvəl "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.13. 19-cu hissə üzrə:
2.13.1. birinci abzasda və "ç)” yarımbəndinin ikinci cümləsində "yoxlama tədbirlərini keçirən müvafiq orqana” sözləri "təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə, "a)” yarımbəndinin ikinci cümləsində "orqanın” sözü "təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə əvəz edilsin;
2.13.2. "d)” yarımbəndinə "buraxılışı rəsmiləşdirilən” sözlərindən əvvəl "dövlət sirri ilə işləməyə” sözləri əlavə edilsin;
2.14. 21-ci hissə üzrə:
2.14.1. birinci abzasın birinci cümləsinə "əlaqədar olaraq,” sözlərindən sonra "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin və həmin cümlədə "dövlət sirrinə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilə (forma 9) ilə” sözləri "dövlət sirrini yaymamaq barədə öhdəliklə (forma 9 və ya 9-1)” sözləri ilə əvəz edilsin;
2.14.2. üçüncü abzasda "buraxılış rəsmiləşdirilən” sözləri "işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə, "yoxlama tədbirlərini həyata keçirən orqana” sözləri "təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə əvəz edilsin;
2.15. 23-cü hissə üzrə:
2.15.1. birinci abzasda "bu” sözü "Dövlət sirri haqqında” sözləri ilə əvəz edilsin;
2.15.2. ikinci abzasın ikinci cümləsində "rəsmiləşdirilən” sözü "dövlət sirri ilə işləməyə buraxılan” sözləri ilə, "orqanın” sözü "təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə əvəz edilsin və həmin cümləyə "məlumat” sözündən əvvəl "yazılı” sözü əlavə edilsin;
2.16. 24-cü hissə üzrə: 
2.16.1. dördüncü abzasda "buraxılış rəsmiləşdirilən vətəndaşın” sözləri "dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşların” sözləri ilə əvəz edilsin və həmin abzasa "yalnız” sözündən sonra "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.16.2. beşinci abzasa "(forma 6)” sözündən sonra "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin;
2.16.3. dördüncü və altıncı abzaslarda ismin müvafiq hallarında "yoxlama tədbirlərini keçirən müvafiq orqan” sözləri ismin müvafiq hallarında "təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin;
2.17. 25-ci hissənin ikinci abzasının üçüncü cümləsində "yoxlama tədbirlərini keçirən müvafiq orqanın” sözləri "təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə, "həmin orqana” sözləri "təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə əvəz edilsin;
2.18. 27-ci hissənin üçüncü abzasının ikinci cümləsinə "rəsmiləşdirilən” sözündən əvvəl "dövlət sirri ilə işləməyə buraxılışı” sözləri əlavə edilsin;
2.19. 32-ci hissənin ikinci abzası üzrə: 
2.19.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Əgər yenidən rəsmiləşdirmə tələb olunmursa, vətəndaş dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəliyi (forma 9 və ya 9-1) imzaladıqdan sonra təşkilat rəhbəri onun dövlət sirri ilə işləməyə buraxılması barədə bu Qaydanın 22-ci hissəsinə uyğun olaraq qərar qəbul edir.”;
2.19.2. ikinci cümləyə "həmçinin,” sözündən sonra "təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri əlavə edilsin və həmin cümlədə "yoxlama tədbirlərini keçirən müvafiq orqana” sözləri "təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə əvəz edilsin;
2.20. 34-cü hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Bu zaman dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik (forma 9 və ya 9-1) və vərəqələr (forma 3 və 8) müəyyən edilmiş vaxt ərzində (forma 9 və ya 9-1şəxsin tanış olduğu məlumatın məxfilik müddətində, forma 3 beş il, forma 8 bir il) dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılır, bundan sonra isə aktla məhv edilir və aktın bir nüsxəsi yoxlama tədbiri keçirən orqana göndərilir.”;
2.21. həmin Qaydaya edilmiş əlavələrin yuxarı sağ küncündə "Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri "Vəzifəli şəxslərin və ya vətəndaşların” sözləri ilə əvəz edilsin;
2.22. həmin Qaydaya edilmiş əlavələrlə bağlı formalar üzrə:
2.22.1. forma 1-in "Qeyd”inin 4-cü hissəsində "məlumatlara buraxılış rəsmiləşdirilməli” sözləri "məlumatlarla işləməyə buraxılışı rəsmiləşdirilməli” sözləri ilə əvəz edilsin;
2.22.2. forma 2-nin 23-cü hissəsində "Buraxılış rəsmiləşdirilən” sözləri "Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə əvəz edilsin;
2.22.3. forma 3-ün 7-ci hissəsində
"_________________________________________
(yoxlama tədbirlərini keçirən orqanın adı)
tərəfindən” sözləri "Azərbaycan Respublikasının təhlükəsizlik orqanları tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” sözləri ilə əvəz edilsin;
2.22.4. forma 4-ün adında və birinci abzasında "Buraxılış rəsmiləşdirilən” sözləri "Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən” sözləri ilə əvəz edilsin;
2.22.5. forma 6-da "Üçüncü forma üzrə buraxılış rəsmiləşdirilməsi üçün keçirilən ilkin yoxlama tədbirləri haqqında qeyd” sözləri "Üçüncü forma üzrə buraxılış rəsmiləşdirilməsi üçün keçirilən ilkin yoxlama tədbirləri haqqında təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin) qeydi” sözləri ilə, "Yoxlama tədbirlərini keçirən müvafiq orqanın” sözləri "Təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə, "müvafiq orqanlar” sözləri "təhlükəsizlik orqanları (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” sözləri ilə əvəz edilsin; 
2.23. forma 9 aşağıdakı redaksiyada verilsin:
"Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”na əlavə 
Forma 9
"Dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik
(əmək müqaviləsinə qoşma)
____________şəhəri "____”_________ 20____il. 
____________________________________rəhbəri 
(təşkilatın adı)
________________________________ və vətəndaş 
(soyadı, adı, atasının adı)
__________________________________________ 
(soyadı, adı, atasının adı)

"Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş”Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nıntələbləri əsasında aşağıdakılar barədə müqavilə bağladıq:
1. Öhdəliyin mövzusu
Mən, _____________________________________
(soyadı, adı, atasının adı)
__________________________________________ 
(təşkilatın adı)
işə qəbul edilərkən, öz xidməti fəaliyyətimə və vəzifə borcuma görə dövlət sirri ilə işləməyə buraxılacağım haqqında məlumatlandırılmışam və bununla əlaqədar olaraq dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürürəm.
2. Öhdəliyin şərtləri
Mən "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin dövlət sirri sahəsində digər normativ hüquqi aktlara əsasən, mənə etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağıma dair dövlət qarşısında öhdəlik götürərək, aşağıda göstərilən hüquqlarımın qismən və müvəqqəti olaraq məhdudlaşdırılmasına razılıq verirəm:
- tanış olmağa buraxıldığım dövlət sirri təşkil edən məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ; 
- dövlət sirri təşkil edən məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə hüququ; 
- dövlət sirri ilə işləməyə buraxılmasınınrəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə şəxsi toxunulmazlıq hüququ.
Öz üzərimə aşağıdakı öhdəlikləri götürürəm:
- vəzifə borcuma və xidməti fəaliyyətimə görə mənə məlum olacaq dövlət sirrinə aid edilmiş məlumatları yaymamaq;
- "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinə buraxılışdan imtina edilməsi üçün əsas yaradan hallar haqqında məlumatı _________________________________________
(təşkilatın adı)
kadr aparatına vaxtında təqdim etmək;
- yoxlama tədbirlərindən yayınmamaq və anketdə bilərəkdən yalan məlumatlar verməmək;
- dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə, işləmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi siyahıya əsasən xəstəliklərinolmaması barədə sənədləri _____________
(təşkilatın adı)
kadr aparatına müəyyən edilmiş qaydada təqdim etmək;
- kənar şəxslər məndən məxfi xarakterli məlumat almaq istədikləri hallarda, bu barədə dərhal ____________________
(təşkilatın adı)
dövlət sirrinin mühafizəsi üzrə bölməsinə və ya təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə) məlumat vermək; 
- tərcümeyi-halımdakı dəyişikliklər barədə 
__________________________________________
(təşkilatın adı)
kadr aparatına mənə məlum olduğu vaxtdan 1 ay müddətində məlumat vermək.
Mən xəbərdar edilmişəm ki, dövlət sirrinin mühafizəsi ilə əlaqədar üzərimə götürdüyüm öhdəliyi pozaramsa, həmçinin "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün əsaslar yaranarsa, təşkilat rəhbərinin qərarı ilə mənim dövlət sirri ilə işləməyə buraxılmağıma xitam verilə bilər və əmək müqaviləsi pozula bilər.
Mənə məlumdur ki, dövlət sirri ilə işləməyə buraxılışa xitam verilməsi "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, məni dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyüm öhdəliklərdən azad etmir.
Mən dövlət sirri təşkil edən məlumatların yayılmasına və ya belə məlumatlar təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin məxfilik rejiminin pozulmasına görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağım barədə xəbərdar edilmişəm. Dövlət sirri haqqında qanunvericiliklə və onun pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericiliklə tanış olmuşam.
3. Digər şərtlər
İki nüsxədə tərtib edilmiş bu öhdəliyin bir nüsxəsi işçinin şəxsi işində, ikinci nüsxəsi isə ________ dövlət sirrinin mühafizəsi üzrə (təşkilatın adı)
bölməsində saxlanılır.
__________________________________________
(öhdəlik götürən şəxsin imzası)
"____” ____________________________20_____il.
__________________________________________
(təşkilat rəhbərinin imzası)
"____”___________________________20_____il.” ;

2.24. forma 9-dan sonra aşağıdakı məzmunda forma 9-1 əlavə edilsin:
"Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”na əlavə 
Forma 9-1
Dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə
İ L T İ Z A M N A M Ə
Mən,______________________________________
(vətəndaşın soyadı, adı və atasının adı)
___________________işə (xidmətə) qəbul edilərkən,
(təşkilatın adı)
öz xidməti fəaliyyətimə və vəzifə borcuma görə dövlət sirri ilə işləməyə buraxılacağım haqqında məlumatlandırılmışam və bununla əlaqədar olaraq dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürürəm.
Mən "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin dövlət sirri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara əsasən, mənə etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağıma dair dövlət qarşısında öhdəlik götürərək, aşağıda göstərilən hüquqlarımın qismən və müvəqqəti məhdudlaşdırılmasına razılıq verirəm:
- tanış olmağa buraxıldığım dövlət sirri təşkil edən məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ; 
- dövlət sirri təşkil edən məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə hüququ; 
- dövlət sirri ilə işləməyə buraxılmasınınrəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) ilə əlaqədar yoxlama tədbirlərinin keçirildiyi müddətdə şəxsi toxunulmazlıq hüququ.
Öz üzərimə aşağıdakı öhdəlikləri götürürəm: 
- vəzifə borcuma və xidməti fəaliyyətimə görə mənə məlum olacaq dövlət sirrinə aid edilmiş məlumatları yaymamaq;
- "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət sirrinə buraxılışdan imtina edilməsi üçün əsas yaradan hallar haqqında məlumatı _____________________________________________ 
(təşkilatın adı)
kadr aparatına vaxtında təqdim etmək; 

- yoxlama tədbirlərindən yayınmamaq və anketdə bilərəkdən yalan məlumatlar verməmək;
- dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işləmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi siyahıya əsasən xəstəliklərinolmaması barədə sənədləri _________________ kadr aparatına 
(təşkilatın adı)
müəyyən edilmiş qaydada təqdim etmək; 
- kənar şəxslər məndən məxfi xarakterli məlumat almaq istədikləri hallarda, bu barədə dərhal ____________________dövlət sirrinin 
(təşkilatın adı)
mühafizəsi üzrə bölməsinə və ya təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə) məlumat vermək; 
- tərcümeyi-halımdakı dəyişikliklər barədə ______________________ kadr 
(təşkilatın adı)
aparatına mənə məlum olduğu vaxtdan 1 ay müddətində məlumat vermək. 
Mən xəbərdar edilmişəm ki, dövlət sirrinin mühafizəsi ilə əlaqədar üzərimə götürdüyüm öhdəliyi pozaramsa, həmçinin "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün əsaslar yaranarsa, təşkilat rəhbərinin qərarı ilə mənim dövlət sirri ilə işləməyə buraxılmağıma, habelə işimə (xidmətimə) xitam verilə bilər.
Mənə məlumdur ki, dövlət sirri ilə işləməyə buraxılışa xitam verilməsi "Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, məni dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyüm öhdəliklərdən azad etmir. 
Mən dövlət sirri təşkil edən məlumatların yayılmasına və ya belə məlumatlar təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin məxfilik rejiminin pozulmasına görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağım barədə xəbərdar edilmişəm. Dövlət sirri haqqında qanunvericiliklə və onun pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericiliklə tanış olmuşam.
____________________________________
(öhdəlik götürən şəxsin imzası)
"______” __________________ 20 ___ il.”.
 
Şahin Həbibov
BAKU.WS