29 il əvvəl oğurlanan 350 000-lik "Ferrari" tapıldı

29 il əvvəl oğurlanan 350 000-lik Ferrari tapıldı
Siyasət 1

İngiltərədə polis, avstraliyalı keçmiş "Formula 1" pilotu Qerhard Berqerin oğurlanan Ferrari markalı maşınını tapıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, pilot bunu sonuncu dəfə 29 il əvvəl, yəni 1995-ci ildə "San Marino" Qran prisi zamanı idarə edib.

Maşın onun qaldığı otelin qarşısında yoxa çıxmışdı.

Nəqliyyat vasitəsi oğurlandıqdan sonra Yaponiyaya göndərilib. 2023-cü ilin sonlarında maşının yenidən İngiltərə qaytarıldığı ortaya çıxıb.

Araşdırmalara başlayan polislər bu avtomobilin başqa bir ölkəyə satışına əngəl olublar.

Maşının qiymətinin 350 000 funt-sterlinq (təxminən 754 740 AZN) olduğu açıqlanıb.

Son xəbərlər