Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin Dövlət başçıları şurasında önəmli mesajlar verib.
 
BAKU.WS məlumat verir ki, Putin Suriyada döyüşən rus əsgərləri haqda danışaraq, əməliyyatların uğurla yerinə yetirildiyini deyib. İŞİD haqda danışan Rusiya prezdenti, MDB ölkələrindən təşkilata qoşulan insanların region ölkələri üçün daha təhlükəli olduğunu bildirib. 
 
Putin Xəzər dənizindən Suriyaya raket atılması məsələsinə aydınlıq gətirərək bildirib ki, bu beynəlxalq hüquqa zidd deyil. 

Suriyada gedən döyüşlərdə terrorçu qrupların, Suriya müxalifətinin ağır itkilər verdiyini deyən dövlət başçısı, sonunadək Bəşər Əsədə dəstək olacaqlarını deyib.
 
BAKU.WS