VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili işlər Nazirliyində bu ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilir.

 

BAKU.WS-in məlumatına görə, nazir Ramil Usubovun rəhbərliyi altında keçirilən kollegiya iclasında ölkədəki kriminal durum müzakirə olunur. İclasda 9 ayın yekunları ilə bağlı müzakirələr aparılır.

 

İclasda həmçinin yeniliklər, qəbul edilən yeni qərarlarla bağlı da müzakirələr olacaq. İclasda yol polislərinə verilən yeni səlahiyyətlər barədə də danışılacaq. İclasda bütün rayonlardan polis rəisləri, rəis müavinləri və DİN-in digər səlahiyyətli şəxsləri iştirak edir.


Ziya Səccad

BAKU.WS