VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Milli Məclisin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi".

Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi".

Birinci vitse-prezident bildirib ki, müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olub.
 
BAKU.WS