İlham Əliyev Maldiv Prezidentini təbrik edib
26
iyl
2024
11:13
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Məhəmməd Muizzuyanı Maldivin Müstəqillik Günü münasibətilə təbrik edib.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir - YENİLƏNİB
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə de...