Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək.
Bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib.
Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. COP29-la bağlı mən dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklrini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını bildirib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...