Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - YENİLƏNİB
Siyasət 92

İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

***11:55

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

*** 11:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gəldi.

Dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.

*** 11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Son xəbərlər