VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ehtiyatda olan Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev yeni vəzifəyə təyin edilib. 

BAKU.WS 1news.az-a istinadən xəbər verir ki, Sərvər Mehrəliyev Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müşaviri vəzifəsinə təyin edilib.  

Bununla yanaşı, bir sıra KİV-də yayılmış general-mayor Həsən Şirinovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilməsi haqqında məlumatın da həqiqətəuyğun olmadığı aydın olub. 

General-mayor Həsən Şirinov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin müavini vəzifəsində öz işini davam etdirir. 
 
BAKU.WS