SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəçilərə dəvət göndərəcəyik.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq.

"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir", - MSK sədri qeyd edib.

Qeyd edək ki, Azərbaycanın bütün ərazilərində seçkilərin müşahidə edilməsi üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə artıq başlanılıb.

Müşahidəçilərin qeydə alınması prosesi avqustun 22-dək davam edəcək. Seçki dairəsi ərazisində müşahidə aparmaq üçün isə avqustun 27-dək müraciət qəbul ediləcək.

BAKU.WS