İlham Əliyev: Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb
Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ ki bizi qane etmir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib.
“Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək”, - deyən dövlət başçısı vurğulayıb ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı sahəsində, neft sənayesi sahəsində, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə əminəm ki, yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...